HomeXidmətlər

Xidmətlər

Peşəkar tikinti təcrübəsi ilə arzularınızı gerçəkləşdirən etibarlı partnyorunuz.

Hər Şey Buradan Başlayır

Layihələndirmə Xidməti

Portfoliomuzda gördüyünüz bütün işlər öz başlanğıcını məhz layihələndirmə xidmətindən götürür. Təxəyyül məhsulunuzun reallıqla nə dərəcədə uyğunluq təşkil etdiyini anlamaq üçün Sizə sadəcə fikirlərinizi ifadə etmək lazımdır. Yekunda ortaya çıxacaq işin nə qədər estetik, keyfiyyətli olması isə bizim peşəkarlığımıza bağlıdır.

“Lux Stroy” MMC şirkəti olaraq 10 ildir şəhər və bölgələrimizdə bir çox layihələrin memarı kimi çıxış edirik. Əgər Sizin də reallaşdırmaq istədiyiniz hər hansı bir layihə varsa, onun bütün mərhələlərini bizimlə birlikdə həyata keçirə bilərsiniz. Görülmüş işin nəticəsindən birlikdə zövq almaq üçün Sizə dəstək olmağa hazırıq.

Layihələndirmə xidmətimiz aşağıdakıları əhatə edir:

Memarlıq həlləri – Layihənin üslubu, konstruktivliyi, mühəndislik və texniki komponentlərinin müəyyən olunması. Layihənin ümumi vizualı, eləcə də funksional parametrləri, erqonomika və planlaşdırma sxeminin hazırlanması;

Konstruktiv həllər – Layihə strukturun etibarlılığını, möhkəmliyini, davamlılığını və s. təmin edən dəstəkləyici tərəflərinin işlənilməsi. Bu mərhələdə həmçinin obyektin təyinatı, istifadə olunan tikinti materialları növlərinin qəbul edilmiş dizayn sxemləri ilə uyğunluğunun yoxlanılması;

Texnoloji layihələndirmə – Bu mərhələ özündə tikinti proseslərinin və işlərinin həyata keçirilməsi üçün istifadə olunacaq optimal texnoloji həllərin işlənib hazırlanmasını əks etdirir;
Geotexniki proqnoz – Bu hissə layihənin yerləşəcəyi yerdə torpağın gərginlik-deformasiya vəziyyətindəki dəyişikliklərin hesablamasını özündə əks etdirir. Bu metod üç ölçülü şəraitdə kompüter modelləşdirmə üsulu ilə həyata keçirilir.

Tikinti konstruksiyaları – Layihədə mövcud həllərin faktiki möhkəmliyini, dayanıqlığını və sərtliyini müəyyən etmək üçün tikilinin və ayrı-ayrı konstruktiv elementlərin hesablanıldığı mərhələdir.

Xidmətin üstünlükləri:

Praktik həllər
Əgər ağlınızda canlandırdığınız layihənin yazılı cızma-qarası varsa, onu boş bir xəyal kimi kənara atmayın. Əlimizdə olan praktik həll yolları ilə Sizin layihəni daha mükəmməl bir sənət əsərinə çevirərək, istiqamətləndirməyə hazırıq.

Texnoloji Yeniliklər
Bu işin ən gözəl tərəfi texnologiya ilə vəhdət təşkil etməsidir. İstər layihənin icrası, istərsə də hər hansı bir hissəsinin avtomatlaşdırılması nəzərdə tutulursa, o zaman mütəxəssislərimizlə görüşməyinizi tövsiyə edirik.

Layihə koordinatoru
Layihələndirmənin hər bir prosesində iştirakınızı təmin etməyə şad olarıq. Bu həm işimizi sürətləndirəcək, həm də nəticə hər iki tərəfin istədiyi kimi olacaq. Ortaq bir layihənin icra olunması üçün Sizi bizim yanımızda görməyə şad olarıq.

Elektrik təchizatı – binadaxili işıqlanma, güc avadanlıqları, torpaqlanma, sahə daxili elektrik təchizatı, transformator, generator, yuksek gerginlikli elektrik kabeli.

Su təchizatı və kanalizasiya sistemi – hidrant sistemi, yanğın kranları, sprinkler sistemi, yağış sularının yığılması, magistral su və kanalizasiya sistemi, suvarma, drenaj sistemi.

İstilik, ventilyasiya və havalandırma – VRF, Ciller, qazanxana, istilik şəbəkəsi.

Zəif axın sahəsi – yanğın siqnalizasiyası, video müşahidə, rabitə şəbəkəsi, televiziya, səsli xəbərvermə, avtomatika, damafon, qazla yanğın söndürmə.

Peşəkarlardan Soruşun

Konsultasiya Xidməti

“Lux Stroy” MMC şirkəti istər fiziki şəxslərə, istərsə də sahibkarlara şirkətin göstərdiyi xidmətlər çərçivəsində konsultasiya xidmətini təklif edir. Müştərilər şirkətin iş saatları daxilində şirkətə zəng vuraraq və ya formanı dolduraraq xidmətlərə dair ödənişsiz məsləhət ala bilərlər. Xidmətin yaradılmasında məqsəd insanların aşağıdaka göstərilən xidmətlərlə bağlı maarifləndirərək bu istiqamətlərdə dəstək göstərməkdən ibarətdir.

Şirkətin aşağıdakı xidmətləri ilə bağlı ödənişsiz konsultasiya ala bilərsiniz:

– Layihələndirmə işləri
– Təmir – Tikinti işləri
– İnteryer / Eksteryer işləri
– Planlama işləri
– Fərdi evlərin tikintisi
– Obyektlərin tikintisi

“Lux Stroy” MMC Konsultasiya xidmətinin üstünlükləri:

Vaxtınızı dəyərləndirin
Doğru məlumat almaq üçün digər müəssisələrə getmək əvəzinə bizə zəng edərək vaxtınızı dəyərləndirin.

Peşəkarlardan soruşun
Görəcəyiniz işin təməlini doğru şəkildə qoymaq üçün bu işin peşəkarlarından dəstək alın.

Real işlərlə tanış olun
Ofisimizə yaxınlaşaraq şirkətin görmüş olduğu real işlərlə yaxından tanış olmaq imkanı əldə edin.

Doğru addımlayın
Xidmət çərçivəsində əldə edəcəyiniz tövsiyyələrdən sonra işinizi təməlini doğru şəkildə qurun.

Geniş Spektr Təmir-tikinti Xidmətləri

Təmir-tikinti İşləri

“Lux Stroy” MMC şirkəti təmir tikinti xidməti çərçivəsində geniş spektr xidmətlər təklif edir. Şirkətə müraciət edən müştərilər həm öz eskizləri, həm də təcrübəli mütəxəssislərin təklif etdikləri həll yollarından faydalanmaqla öz layihələrinin icrasını şirkətə etibar edə bilərlər. “Lux Stroy” MMC şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin verdiyi müvafiq lisenziya əsasında müştərilərinə xidmət göstərməyə hazırdır:

Peşəkarlarnan Çalışın

İşçi Qüvvəsi Xidməti

Tikinti və digər sektorlarda işçi qüvvəsinin qeyri-peşəkarlığı ilə bağlı narazıçılıqların artdığı bir vaxtda “Lux Stroy” MMC şirkəti bu xidmət sektorunu daha da təkmilləşdirməyə çalışır. Şirkət anlayır ki, işçi qüvvəsi tərəfindən Sifarişçinin əmlakına dəyən istənilən zərər, onun maddi durumuna və şirkətin imicinə birbaşa təsir edir. Bu proses zamanı diqqəti təhlükəsizlik tədbirlərinə yönəltmək, xidməti təqdim edən hər bir şirkətin məqsədi olduğu kimi bizim də əsas prioritetimizdir. “Lux Stroy” MMC şirkəti olaraq müştərilərə aşağıdakı sektorlar üzrə ixtisaslaşmış işçi qüvvələrini təklif edirik:

Layihənizi Reallaşdırmaq üçün Texnika

Avtotexnikanın İcarəsi

“Lux Stroy” MMC şirkəti tikinti layihələrini reallaşdırmaq üçün avtotexnikaya ehtiyacı olan şirkətlərə və ya şəxslərə dəstək vermək üçün bazasında olan avtotexnikaların icarəsini həyata keçirir. Şirkət bu istiqamətdə özüboşaldan avtomaşınlar, avtokranlar, buldozerlər, qreyderlər, beton qarışdıran mikserlər, stasionar və mobil pompalar və.s texnikaların icarəsini təklif edir. Aşağıda qeyd olunan bölmə üzrə sifarişlərinizi həyata keçirə bilərsiniz.

Zəng Edin

Sizə lazım olan hər hansı bir məlumatı və ya köməyi əldə etmək üçün bizə zəng edin! Peşəkar komandamız suallarınıza cavab verməyə və sizə dəstək olmağa hazırdır. Sizinlə danışmaqdan məmnun olarıq!