Lux Stroy MMC – Peşəkar tikinti təcrübəsi ilə bütün arzularınızı gerçəkləşdirən etibarlı partnyorunuz.
Biz, sektorda irəliləyiş və müasir yanaşmalar təqdim etməklə yeniliklər gətiririk. Yenilikçi düşüncə tərzimizlə, müştərilərimizə ən son texnologiyalar və metodologiyalar əsasında fərqli həllər təqdim edirik.
İnkişafımızın ayrılmaz bir hissəsi təhlil etməkdir. Bu, bizə tikinti sahəsində yeni həll yolları təqdim etməyə imkan verir. İnanırıq ki, uğurun əsas açarı, qarşıya çıxan vəziyyətləri diqqətlə analiz etməkdədir.
Kadr yetişdirmək, bizim şirkət üçün prioritet məsələlərdən biridir. Lux Stroy olaraq, gənc istedadları kəşf etmək və onların peşəkar inkişafını dəstəkləmək məqsədini hər zaman öndə tuturuq..
Biz həmçinin ölkədə həyata keçirilən iri layihələrin müxtəlif mərhələlərində iştirak edərək, eyni sektorda fəaliyyət göstərən tikinti-quraşdırma şirkətləri ilə səmərəli əməkdaşlıq qururuq.
Biz, şirkət olaraq, dürüstlük prinsiplərini təmsil edirik. Bu dəyərləri müştərilərimizə və şirkətimizdəki əməkdaşlara aşılayırıq. Korporativ mədəniyyətimizi qorumaq üçün bütün imkanlarımızı sərf edirik.
Şirkətimizin hər bir üzvünün evinə sağlam və təhlükəsiz şəkildə dönməsi bizim üçün önəmlidir. Əməkdaşlarımız üçün ofisdə və sahələrdə təhlükəsiz iş mühitinin yaradılması, bizim əsas dəyərlərimizdən biridir.
Gördüyümüz işlər təkcə bir şəxsin öhdəsinə düşmür; bu sahədə komanda işinin və birlik ruhunun önəmi danılmazdır. Biz də bu dəyəri inkişaf etdirmək məqsədiylə yerli və beynəlxalq təcrübələri şirkətimizə inteqrasiya edərək, onu dəyərli bir mənbəyə çevirməkdə davam edirik.